Avropa Birliyi Venesuelaya silah embarqosu tədbiq edib

Embarqo qərarı prezident Nikolas Maduroya qarşı təzyiq vasitəsi kimi qəbul edilib

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 14:04

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Venesuela hökumətinə qarşı silah embarqosu tədbiq etməklə bağlı qərar veriblər.

İnterAz “New York Times”a istinadən xəbər verir ki, embarqo qərarı prezident Nikolas Maduroya qarşı təzyiq vasitəsi kimi qəbul edilib. “Məhdudlaşdırıcı tədbirlər”in əsas məqsədi rəsmi Karakası ölkədə qanunları və demokratiya prinsiplərini lazımi səviyyədə tədbiq etməyə yönəltməkdir.

Nazirlər, eyni zamanda, səyahət qadağaları, aktivlərin dondurulması və digər bu kimi qadağar da daxil olmaqla Venesuela hökumətinə qarşı sanksiyalar paketinin hazırlanması üçün hüquqi baza yaradıblar.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ hökuməti də analoji addımlar atmış və bir sıra Venesuela hökuməti üzvlərinə qarşı qadağalar tədbiq etmişdi.