İran prezidenti zəlzələnin baş verdiyi bölgəyə səfər edib

Prezident İranın silahlı qüvvələrinə xilasetmə işlərində göstərdikləri şücaətə görə təşəkkür edib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 15:03

İran Prezidenti Həsən Ruhani zəlzələnin törətdiyi ağır fəsadlarla yerində tanış olmaq üçün Kirmanşah şəhərinə gedib.

İnterAz xəbər verir ki, zəlzələdən zərər çəkın insanlarla görüşən Prezident onlara dövlət tərəfindən hər cür yardımın ediləcəyini bildirib.

Prezident İranın silahlı qüvvələrinə xilasetmə işlərində göstərdikləri şücaətə görə təşəkkür edib.

Kirmanşah vilayətinin rəhbərləri xilasetmə işləri və evləri dağılan ailələrə göstərilən kömək haqqında Həsən Ruhaniyə məlumat veriblər.