BMT Səudiyyə Ərəbistanı qarşısında tələb qoydu

Limanlara girişin təmin olunması rəsmi ər-Riyadın qarşısında qoyulan əsas tələblərdən biridir

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 15:26

Birləşmiş Millətlər Təşkilatı rəsmiləri Səudiyyə Ərəbistanını Yəməndə aclığa son qoymağa çağırıb.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, Yəməndə limanlara girişin təmin olunması rəsmi ər-Riyadın qarşısında qoyulan əsas tələblərdən biridir.

Rəsmilər bildiriblər ki, limanların bağlanması Yəməndə vəba kimi xəstəliklərə və aclığa qarşı mübarizə aparmaq üçün ciddi əngəllər törədir.

Qeyd edək ki, BMT-nin statistikasına əsasən, Yəməndə 7 milyon insan aclıqdan əziyyət çəkir.

Rəsmilər bildiriblər ki, ölkənin şimalında 20 günlük dizel, 10 günlük benzin ehtiyatı qalıb.