Danimarka İraqdakı əsgər sayını artıracaq

Qərarın parlamentdə də təsdiq edilməsi lazımdır

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 15:27

Danımarka hökuməti İraqda olan əsgərlərin sayını artırmaq barədə qərar qəbul edib.

İnterAz xəbər verir ki, bu barədə hökumət açıqlama verib. Bildirilib ki, İraqa daha 30 əsgər və 12 səhiyyə işçisi göndəriləcək. Danimarkalı əsgərlərin İraq ordusuna təlim keçirilməsində iştirak edəcəyi, səhiyyə işçilərinin isə “əl-Əsəd” bazasında işləyəcəyi vurğulanıb.

Qərarın parlamentdə də təsdiq edilməsi lazımdır.

Hazırda İraqda Danimarkanın 150 əsgəri var.