Pakistan məhkəməsi maliyyə nazirinin həbs edilməsinə qərar verib

Nazir külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 17:16

Pakistanda anti-korrupsiya məhkəməsi maliyyə naziri İshaq Darın həbs edilməsi barədə qərar qəbul edib.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, İshaq Dar külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur.

Son 3 həftə ərzində o, dəfələrlə məhkəməyə çağırılsa da, nazir hakim qarşısına çıxmaqdan imtina edib. Dar ona qarşı səsləndirilən ittihamları qəbul etmədiyini bildirib.

Məlumata görə, Dar müalicə məqsədi ilə Londona gedib. O, ölkəsinə geri qayıdacağı təqdirdə həbs olunacaq.

Qeyd edək ki, İshaq Dar sabiq baş nazir Nəvaz Şərifin yaxın tərəfdaşlarından biri və qudasıdır. Bir müddət əvvəl Nəvaz Şərifin özü də korrupsiya hallarına yol verməkdə ittiham olunub.