İranda zəlzələ qurbanlarının sayı 530-a çatıb

Təbii fəlakət nəticəsində azı 8 min insanın xəsarət aldığı bildirilir

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 17:24

İranda baş vermiş 7.3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 530-a çatıb.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, rəsmilər təbii fəlakət nəticəsində azı 8 min insanın xəsarət aldığını bildiriblər.

Məlumata görə, dağıntılar altında qalan insanların xilasetmə əməliyyatları da artıq başa çatıb.

Bununla belə, ölü sayınn artacağı da istisna edilmir.