Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 17:52

Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb. Görüş Moskva şəhərində baş tutub.

İnterAz-ın "eadaily"ya istinadla verdiyi məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat  ofisi məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.