Banqladeşə sığınan Myanma müsəlmanlarının sayı bir milyon nəfərə çatıb

Son günlərdə isə daha 700 min müsəlman rohincanın gəlməsi ilə bu say bir milyona çatıb

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 14 Noyabr 2017, 21:02

"Myanmadan qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı bir milyon nəfərə çatıb".

 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin Banqladeşdəki səfiri Devrim Öztürk bildirib.

 

 

Onun sözlərinə görə, Myanmada ciddi problemlər mövcuddur: "Bu il avqustun 25-də hadisələr başlayandan 300 min arakanlı Myanmadan qaçaraq Banqladeşə sığınmışdı. Son günlərdə isə daha 700 min müsəlman rohincanın gəlməsi ilə bu say bir milyona çatıb.