Zimbabvedə hərbi çevriliş olub

93 yaşlı prezident Robert Muqabe və ailəsinin vəziyyəti yaxşıdır

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 15 Noyabr 2017, 09:31

Zimbabve hərbi qüvvələri ölkədə hakimiyyəti ələ keçiriblər.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, hərbi rəhbərlik hökumət binalarını mühasirəyə almaqla əslində prezident Robert Muqabe ətrafında olan cinayətkar dəstələri zərərsizləşdirmək niyyəti güddüyünü bildirib.

“Biz prezidentin ətrafında olan, ölkədə sosial-iqtisadi böhrana səbəb olan caniləri hədəf almışıq. Onları həbs edib qanun qarşısına çıxaracağıq” – deyə general mayor SB Moyo qeyd edib.

Məlumata görə, 93 yaşlı prezident Robert Muqabe və ailəsinin vəziyyəti yaxşıdır. Onların təhlükəsizliyi təmin edilib.

Paytaxt Hararedə ordu qüvvələri əsas hökumət binalarına aparan yolları kəsiblər.