Sinqapurda metro qatarı qəzaya uğrayıb

Qəza nəticəsində azı 25 nəfər xəsarət alıb

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 15 Noyabr 2017, 10:35

Sinqapur metrosunda iki qatar toqquşub.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 25 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, qatarlardan biri dayanacaqda dayanmış olduğu halda arxadan gələn digər qatar ona çırpılıb.