Türkiyədə universitet tələbələri qidadan zəhərlənib

Ürəkbulanma, baş gicəllənməsi kimi narahatlıqları olan tələbələrə xəstəxanada tibbi yardım göstərilib

Bakı, Nazilə Xaqani, İnteraz - 15 Noyabr 2017, 10:51

İstanbulda 47 universitet tələbəsi yataqxanada yedikləri yeməkdən zəhərləndikləri şübhəsi ilə xəstəxanaya aparılıb.

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bulqur, toyuq, makaron yeyən tələbələr yeməkdən bir müddət sonra özlərini pis hiss edib.

Ürəkbulanma, baş gicəllənməsi kimi narahatlıqları olan tələbələrə xəstəxanada tibbi yardım göstərilib.