“Bosniya cəlladı” ömürlük həbsə məhkum edilib

Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 22 Noyabr 2017, 16:02

Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib. 

 

İnterAz xəbər verir ki, Mladiç məhəmədə “insanlara qarşı cinayətlər”, “soyqrımı” və “müharibə qanunlarını pozmaq” ittihamları ilə ömürlük həbsə məhkum edilib. 

 

Mladiç 11 maddəlik iddianamədə yer alan ittihamların 10-a görə təqsirkar hesab edilib. 

 

O, ölkənin şərqindəki Srebrenitsa şəhərində 1995-ci ildə serb əsgərlərin həyata keçirdiyi və 8 mindən çox bosniyalı kişinin öldürüldüyü soyqırımına görə də cəzalandırılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.

 

Srebrenitsa soyqrımı ilə yanaşı sürgün, yox etmək, əsir götürmək, öldürmək, deportasiya etmək və vətəndaşlara qarşı hüquqazidd hücumlara görə də Mladiç günahkar hesab edilib.