ABŞ hökuməti Bəşər Əsədin Cenevrə danışıqlarında iştirakını istəyir

Bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Reks Tillerson açıqlama verib

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 06 Dekabr 2017, 19:31

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, prezident Bəşər Əsədin Suriya ilə bağlı sülh danışıqlarına qatılması önəmlidir. Belçikanın paytaxtı Brüsseldə jurnalistlərə açıqlama verən Tillerson deyib ki, Vaşinqton Moskvaya Dəməşqin Cenevrə sülh danışqılarında iştirakını önəmli gördüyünü bildirib.

Sitat: “Rusiyaya Suriya hökuməti və Bəşər Əsədin Cenevrə prosesində iştirakının önəmli olduğunu bildirdik. Vəzifədə olduğu müddətdə Əsədin bu danışqılarda birbaşa iştriakı önəmlidir”.

Tillerson Cenevrə danışqılarının ikinci mərhələsinə Suriya hökuməti nümayəndələrinin qatılacağına ümid etdiklərini bildirib. Xatırladaq ki, artıq bir neçə gündür Cenevrədə Suriya sülh müzakirələrinin 8-ci mərhələsi başlayıb.