Avropa İttifaqı Trampın qərarından dərin narahatlıq keçirir

Hər iki tərəfin istəkləri yerinə yetirilməlidir

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 10:38

Avropa İttifaqı ABŞ prezidenti Donal Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarından dərin narahatlıq keçirir.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Federika Moqerini deyib.

 

O bildirib ki, Aİ-nin bu sahədə siyasəti dəyişməzdir: “Hər iki tərəfin istəkləri yerinə yetirilməlidir, Qüdsün statusu danışıqlar vasitəsilə həll edilməlidir”.