Ərdoğan: Trampın nə etdiyini anlamaq mümkün deyil

Güclü olmaq, haqlı olmaq deyil, haqlı olan güclüdür

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 11:04

Belə bir addımı atmaq dünyada, xüsusi ilə bu bölgəni alov topunun içinə atmaq deməkdir. 

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfəri öncəsi deyib. Onun sözlərinə görə, siyasi liderlər prosesləri qarışdırmaq üçün deyil, barışdırmaq üçün olduğunu qeyd edib. 

 

“ABŞ prezidenti Qüdslə bağlı açıqlama etdi. ABŞ əslində BMT-nin 1980-ci qərarını heç hesab edib. Cənab Trampın nə etmək istədiyini anlamaq mümkün deyil”, - deyə Türkiyə prezidenti vurğulayıb. 

 

Ərdoğan məsələ ilə əlaqədar Roma Papası və Rusiya prezidenti Vladimir Putinlə müzakirə aparacağını bildirib: “Qərb ölkələri ilə də görüşəcəm. Bu sadəcə müsəlmanların deyil, insanlığın vəzifəsidir. Cənab Tramp “Mən güclüyəm, elədirsə haqlıyam” deyirsə, səhv edir. Güclü olmaq, haqlı olmaq deyil, haqlı olan güclüdür. Bunu bilməlidir.”