Gürcüstanlı qadın çamadanın içində Türkiyəyə keçməyə çalışıb

Qadının 22 yaşında olduğu müəyyən edilib və o, polisə təslim edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 13:24

Çamadanın içində Türkiyəyə keçməyə çalışan gürcüstanlı qadın gömrükçülər tərəfindən saxlanılıb.

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis Artvin vilayətində sərhəd-keçid məntəqəsində yoxlama zamanı çamadan daşıyan digər bir Gürcüstan vətəndaşının hərəkətlərindən şübhələnib.

Qadının 22 yaşında olduğu müəyyən edilib və o, polisə təslim edilib.