HƏMAS lideri ABŞ-ın Qüds qərarı ilə bağlı yeni intifada çağırışı edib

Haniyə cümə gününü (8 dekabr) “Qüds və İordan çayının qərb sahilinə azadlıq” şüarı altında “Qəzəb günü” elan edib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 14:48

Sionsit düşmənə qarşı yeni bir intifadanın çağırışını etməli və işlərini həyata keçirməliyik. 

 

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qüds qərarından sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib. 

 

“ABŞ-ın dəstəklədiyi sionist siyasətinə yeni intifadanın odunu yandırmağa qarşı dura bilmərik. Qəzzanı azad etdiyimiz xalq müqavimət yolu ilə Qüds və İordan çayının qərb sahilini də azad edə bilərik”, - İ.Haniyə bildirib. 

 

Haniyə cümə gününü (8 dekabr) “Qüds və İordan çayının qərb sahilinə azadlıq” şüarı altında “Qəzəb günü” elan edib. 

 

Digər ərəb ölkələrinə ABŞ ilə əməkdaşlığı başa çatdırmaqla bağlı çağırış edən Haniyə Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından “peşman olacağını” da qeyd edib. 

 

İntifada ümumilikdə fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adıdır.