İsrail ordusunun hava zərbələri nəticəsində Qəzzada 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Ümumilikdə Fələstində etirazlar nəticəsində 4 nəfər ölüb, 200-dən çox insan yaralanıb, Qəzzadan atılan raket İsrailin Sderot şəhərinə düşüb

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 09 Dekabr 2017, 20:41

Şənbə günü İsrail aviasiyası Qəzza zolağını bombalayıb. “Euronews” telekanalı xəbər verir ki, hava zərbələri nəticəsində 2 nəfər həlak olub. İsrail tərəfi zərbələrin hərbi təlim düşərgəsi və silah anbarına endirilib.

Ancaq hadisə zamanı qadın və uşaqlar da daxil olmaqla 14 nəfər də yaralanıb. İsrail tərəfi isə hava zərbələrinin Qəzzadan atılan raket zərbələrinə cavab olduğunu deyib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq cümə günü Fələstin ərazisində İsrailə qarşı “qəzəb günü” etirazları başlayıb. Polislə qarşıdurmalarda 2 nəfər öldürülüb. 200-dən çox insan yaralanıb. Eyni zamanda Qəzza ərazisindən İsarilə 3 raket atılıb, raketlərdən biri İsrailin Sderot şəhərinə düşüb, digərləri ni isə İsrail ordusu havada vurduğunu bildirib.