Nyu-York ştatında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Fövqəladə vəziyyət Nyu-York şəhərində, Uestçester dairəsində və Lonq-Aylend adasında tətbiq olunur

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Yanvar 2018, 11:32

Nyu-York ştatında güclü qar yağması və soyuq hava səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

İnterAz TASS İagentliyinə istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo  “Twitter” səhifəsində yazıb.

 

"Fövqəladə vəziyyət Nyu-York şəhərində, Uestçester dairəsində və Lonq-Aylend adasında tətbiq olunur", deyə o qeyd edib.

 

Şəhər sakinlərinin evdə qalmağı tövsiyə edilib. 

 

Sinoptiklər Nyu-Yorkda temperaturun mənfi 12 dərəcəyə düşəcəyini  bildirirlər.