İŞİD Əfqanıstanda törədilmiş terrorun məsuliyyətini öz üzərinə götürüb

Bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan SITE məlumat yayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Yanvar 2018, 12:04

Əfqanıstanın paytaxtı Kabildə intiharçı-terrorçunun özünü partladaraq 15 nəfərin ölümü ilə nəticələnən hadisənin məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.

 

İnterAz RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan SITE məlumat yayıb. Hadisə nəticəsində 25 nəfər yaralanıb. İntiharçı-terrorçu özünü Kabilin PD9 rayonunda polis nəzarət-buraxılış məntəqəsi yanında partladıb.