Yəməndə 46 nəfər difteriya nəticəsində dünyasını dəyişib

Son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Yanvar 2018, 17:17

Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib.

 

İnterAz-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.

 

Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".

 

ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb. O qeyd edib ki, daha təhlükəli vəziyyət isə İbbdə yaranıb. Burada 231 nəfər bu xəstəliyə yoluxub ki, onlardan da 13 nəfəri dünyasını dəyişib.

TREND