Ayətullah Xamenei: İran xalqı Amerika və İngiltərəyə bildirdi ki, bu dəfə də bacarmadınız, yenə bacarmayacaqsınız!

"Bu adi bir hadisə deyil. Dünyanın heç bir yerində buna rast gəlməzsiniz."

Baku, Oktay Quliyev, İnteraz - 09 Yanvar 2018, 14:05

Minlərlə Qum şəhər əhalisi İranın ali lideri Ayətullah Xameneinin görüşündə olub.

İnterAz “Khamenei.ir”-ə istinadən xəbər verir ki, Ayətullah Xamenei görüş zamanı bir sıra əhəmiyyətli məsələlərə toxunub. O, ötən həftə İranda baş verən hadisələrə münasibət bildirərək deyib: “İran xalqı, böyükdən kiçiyə hər kəs ölkənin müxtəlif şəhərlərində fitnəkar və iğtişaşçılar əleyhinə nümayişlərə çıxdılar. Xalq düşmən muzdurlarının əl çəkməyəcəyini görüb daha da fəal olaraq, meydanlara axın etdilər və neçə gün ard-arda nümayiş keçirtdilər. Bu adi bir hadisə deyil. Dünyanın heç bir yerində buna rast gəlməzsiniz."

Ayətullah Xamenei sözlərinin davamında deyib: “Bizim inqlabımız düşmənin bütün hiylə və məkrlərini boşa çıxarıb. Xaqlın möhkəm səddi onlara ölkədə öz çirkin planlarını həyata keçirtməyə imkan verməyib. İran xalqı Amerika və İngiltərəyə bildirdi ki, bu dəfə də bacarmadınız, yenə bacarmayacaqsınız!”

Ayətullah Xamenei son hadisələrin yaranması amillərinə toxunaraq bildirib: “Haqqı tapdalanan şəxsin etiraz etməsi təbiidir. Ola bilsin yüz nəfər, yaxud beş yüz nəfər bir yerə yığışaraq etiraz etsin, öz sözünü desin, bu onların haqqıdır. Lakin bir dəstə bundan sui-istifadə edərək Quranı, ölkənin bayrağını və məscidləri yandırırsa, bu artıq iğtişaşdır. Bu başqa bir məsələdir. Öz haqqını və yaxud biraz artıq tələb edənlər, etirazçılar bu ölkədə həmişə olub, indi də var. Ölkədə bir sıra müəssisə və təşkilatlarda, dövlət idarələrində və digər sahələrdə xalqı narazı salacaq hallara yol verilib. Mənə xəbərlər çatır, bir sıra şəhərlərdə hansısa müəssisə və ya idarə qarşısında etiraz aksiyaları keçirilir. Bu həmişə olub, heç kəs bununla müxalif deyil. Mütləq şəkildə o problemlər araşdırılmalı, həll olunmalıdır. İnsanların problemləri eşidilməli, çarə olunmalıdır. Biz hamımız məsuluq. Mən özüm də məsulam. Hamımız problemlərin həlli istiqamətində çalışmalıyıq. Lakin bütün bunların ölkə bayrağını və Quranı yandırmaqla, kimlərinsə dini etiqadını təhqir etməklə heç bir əlaqəsi yoxdur. Bu, təşkil olunmuş bir plan idi. İğtişaş törədənlər idarə olunurdular. Həbs edilən iğtişaşçıların etiraflarından və kəşfiyyatın əldə etdiyi məlumatlardan bilirik ki, hadisələrdə "üçlük" rol oynayırdı. Bu plan Amerika və Sionistlərin planı idi. Onlar neçə aylardır ki, hazırlıq görürdülər. Kiçik şəhərlərdən başlayaraq böyük şəhərlərə, daha sonra mərkəzə sirayət etmək istəyirdilər. Bu işlər üçün pul lazımdır. Onu da körfəz ölkələri təmin edirlər. Amerika özü isə daha pul xərcləmək istəmir. Bu hadisələrdə fəal olan üçüncü dəstə isə terrorçulardan ibarət Mücahidini-Xəlq təşkilatldır. Bunlar neçə aylar öncədən hazırlıqlar ediblər. Özləri də Amerika ilə əlaqədə olduqlarını bildiriblər. Onlar daxildə özlərinə kömək edən şəxslər axtarırdılar. Hadisələr zamanı bir sıra cəzbedici şuarlar səsləndirirdilər.Bir tərəfdən ”Canım İrana fəda olsun” deyir, digər tərəfdən İranın bayrağını yandırırdılar. Ağılsızlar anlamırlar ki, bunlar bir-biri ilə düz gəlmir. Yaxşı, siz İrana qurban olun! Lakin siz nə zaman düşmən müqabilində canınızı İrana qurban vermisiniz?”

Daha sonra Ayətullah Xamenei son hadisələrdə Amerikanın roluna toxunaraq deyib: “Amerika əsəb içindədir. Tək məndən yox, sizin əlinizdən də əsəblidir.  İran xalqının, hökümətin və İnqilabın əlindən əsəblidir. Ona görə ki, onları məğlubiyyətə uğratmışıq. Amerika prezidenti deyir ki, İran hakimiyyəti xalqdan qorxur. Xeyr! İran höküməti xalqdan yaranıb və bu xalq üçündür. Hökümət bu xalqındır və bu xalqa arxalanıb.Bu xalqın nəyindən qorxsun ki? Bu xalq olmasaydı, hökümət də olmayacaqdı. Deyirlər İran hakimiyyəti Amerikadan qorxur. Biz əgər sizdən qorxsaydıq, inqilabın əvvəllərində İrandan, indi isə bütün məntəqədən sizi nəyə görə bayıra atırdıq? Amerika rəhbərləri bilsinlər ki, oxları daşa dəydi, hədəfləri boşa getdi. Bu işi təkrar edə bilərlər, ancaq bilsinlər ki, yenə başları daşa dəyəcək! İstər xaricdə, istərsə də daxildə Amerika ilə sövdələşən hər kəs bilsin ki, bu hökümət möhkəm dayanıb, Allahın lütfü ilə bütün çətinliklərin öhdəsindən gələcək, problemləri aradan qaldıracaq”.