Madriddə qocalar evi yandı

Yanğın binada otaqların birində başlayıb

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 11 Yanvar 2018, 14:38

İspaniyanın paytaxtı Madriddə qocalar evində yanğın baş verib. İnterAz xəbər verir ki, Trend-in məlumatına görə, yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

 

Məlumata görə, yanğın binada otaqların birində başlayıb.

 

Hadisə ilə əlaqədar 20 nəfər təxliyə olunub. Xəsarət alanlardan 5 nəfərin polis əməkdaşı olduğu bildirilir.

 

Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.