Vladimir Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır

O, Rusiya KİV-lərinin rəhbərləri ilə görüş zamanı amerikalı tərəfdaşların bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməli olduqlarını bildirib.

  • 13

Bakı , Nərgiz Quliyeva, İnteraz - 12 Yanvar 2018, 11:02

Rusiya prezidenti Vladimir Putin güman edir ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır.

 

İnterAz xəbər verir ki, bu barədə “Report”məlumat verib. O, Rusiya KİV-lərinin rəhbərləri ilə görüş zamanı amerikalı tərəfdaşların bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməli olduqlarını bildirib.

 

Prezident əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması Moskvadan asılı deyil:

 

“Onlar öz istəklərini ortaya qoyduqda, özlərində cəsarət tapdıqda və sağlam düşüncə nümayiş etdirdikdə, nəhayət başa düşəcəklər ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasında Birləşmiş Ştatların özünün maraq dairəsindədir, hər şey normallaşdıqda isə münasibətlər də inkişaf edəcək”, — deyə RİA “Novosti” Putinin sözlərini sitat gətirib.

 

“Bu bizdən asılı deyil”, — deyə prezident bildirib.