Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində elan edilən fövqəladə vəziyyət ləğv edilib

Bakı, , İnteraz - 12 Yanvar 2018, 12:50

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində elan edilən fövqəladə vəziyyət ləğv edilib.

 

İnterAz-ın məlumatına görə, Astana merinin mətbuat katibi Elvira Jurqenbayeva bu barədə brifinqdə bildirib.

 

Mətbuat katibinin sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fövqəladə vəziyyət yalnız 1 günlük elan edilmişdi.

 

Qeyd edək ki, ötən gün Astanada güclü külək və qar həyatı iflic etmişdi - eeroportda reyslər təxirə salınmış, məktəblərdə dərslər dayandırılmışdı.