Türkiyə öz vətəndaşlarını ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb

Türkiyə öz vətəndaşlarını ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb

Bakı, , İnteraz - 12 Yanvar 2018, 12:57

Türkiyə öz vətəndaşlarını ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb.

 

İnterAz-ın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların rəsmi Ankaraya qarşı çağırışına cavab olaraq bu bəyanatı verib.

 

XİN-in bəyanatında deyilir: “ABŞ-a səyahət edən vətəndaşlarımızın bir daha bu qərarı gözdən keçirmələrində fayda var".

 

Qeyd edək ki, ötən gün ABŞ öz vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırıb.