Ermənistan çökür - Ərzaq məhsulları bahalaşıb

Meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Yanvar 2018, 14:43

2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.

 

İnterAz xəbər verir ki, Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.

 

Bundan başqa, ölkədə ət və ət məhsulları 2017-ci ilin dekabrında 2016-cı ilin sonu ilə müqayisədə 11 faiz artım nümayiş etdirib. Süd məhsulları, yumurta və pendir bir il ərzində 7 faiz, şəkər və şəkər tozu 6 faiz bahalaşıb.

 

Ermənistanda ən çox bahalaşan ərzaq məhsullarından biri balıq olub. Qeyd olunur ki, 2017-ci ilin dekabrında balıq məhsulları 2016-cı ilin dekabrı ilə müqayisədə 24,8 faiz bahalaşıb.