Almaniyada 109 gündən sonra koalisiya hökumətinin qurulması haqqında razılıq əldə edilib

Almaniya Sosial-Demokratik Partiyasının təmsilçiləri 28 səhifəlik sənədi təsdiqləyib

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Yanvar 2018, 15:29

Almaniyada parlamentə keçirilən seçkidən 109 gün sonra kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik və Xristian-Sosialist partiyalarından ibarət blok Sosial-Demokratik Partiya ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib.

 

İnterAz xəbər verir ki, “Report” “dw”ya istinadən məlumatına görə, yeni hökumət koalisiya müqaviləsi əsasında formalaşacaq.

 

Almaniya Sosial-Demokratik Partiyasının təmsilçiləri 28 səhifəlik sənədi təsdiqləyib. Onlardan əvvəl Angel Merkelin başçılıq etdiyi mühafizəkar blok həmin sənədə müsbət münasibət bildirmişdi.

 

Yaxın zamanda üç partiya mətbuat üçün bəyanatla çıxış edəcək. Bununla belə, Türkiyə ilə Avropa İttifaqı münasibətləri haqqında açıqlama verilib. Açıqlamada Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqədar yeni mövzu açmaq istəmədikləri, eləcə də bu məsələ ilə bağlı açılan mövzunu bağlamaq istəmədikləri bildirilib.