Türkiyədə İŞİD-in “kənd təsərrüfatı naziri” saxlanılıb

Əməliyyat zamanı Əhmədidən başqa daha 9 İŞİD üzvü saxlanılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2018, 15:57

Türkiyənin Kayseri şəhərində keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” hesab edilən  Tarık Əhmədi saxlanılıb.

 

İnterAz-ln  "Doğan" agentliyinə  istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Əhmədidən başqa daha 9 İŞİD üzvü saxlanılıb.

 

Həmçinin Samsun şəhərində də keçirilən əməliyyatda İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən azı 10 İraq vətəndaşı saxlanılıb.