Cavad Zərif: “ABŞ nüvə razılaşmasını pozmağa çalışır”

Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb

  • 6

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Yanvar 2018, 10:28

ABŞ-ın addımları İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulması məqsədini daşıyır.

 

İnterAz-ın xarici KV-lərə isitnadən verdiyi xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

 

“Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Əsas hədəf sazişin 26,28 və 29-cu bəndləridir. ABŞ sazişə riayət etməlidir", deyə nazir yazıb.