Nazarbayev-Tramp görüşündə ABŞ-ın Avrasiya strategiyası müzakirə olunacaq

Müzakirələr zamanı ABŞ-ın Avrasiya strategiyası çərçivəsində Rusiya ilə münasibətlərə də nəzər salınacaq.

  • 7

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Yanvar 2018, 11:23

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri çərçivəsində müzakirə edəcəyi məsələlərlə bağlı bəzi detallar məlum olub.

 

İnterAz  "Kazinform"a istinadən xəbər verir ki,  Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun müavini Sanat Kuşkumbayev bildirib ki, Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşdə Suriya və Əfqanıstan məsələsinə diqqət yetirəcək.

 

Onun sözlərinə görə, müzakirələr zamanı ABŞ-ın Avrasiya strategiyası çərçivəsində Rusiya ilə münasibətlərə də nəzər salınacaq.