Hindistanda göyərtəsində 40 şagird olan gəmi batıb

Hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə tədbirləri davam edir

Bakı, İqbal Rüstəmov, İnteraz - 13 Yanvar 2018, 13:35

Hindistanda göyərtəsində 40 şagird olan gəmi batıb. 

İnterAz xəbər verir ki, 13 nəfərə yaxın şagirdin dünyasını dəyişdiyi qəza Hindistanın qərb sahillərində baş verib.

Hadisə bu gün səhər saatlarında Maxaraşta ştatının Daxanu şəhərində yaşanıb. Hindistanın ANİ agentliyinin məlumatına görə, 40 məktəblidən 25-ni xilas etmək mümkün olub.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə tədbirləri davam edir.