Rəsmi Moskva İsrailin Fələstin ərazilərində fəallığını qanunsuz sayır

Şərqi Qüdslə yanaşı Fələstin torpaqlarında İsrailin aktivləşməsi və yeni yaşayış məntəqələrinin tikintisi qanunsuzdur

  • 5

Bakı, İqbal Rüstəmov, İnteraz - 13 Yanvar 2018, 15:45

Rəsmi Moskva prinsipial olaraq Şərqi Qüdsdə və Fələstin ərazisində İsrailin fəallaşmasının birbaşa danışıqlara mənfi təsir göstərdiyini qeyd edib.

 

InterAz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

 

İsrail 2018-ci il 10 yanvar tarixində məlumat yayaraq, 20 sahədə 1100 yaxın yaşayış evinin tikintisi barədə layihənin razılaşdırıldığını və Fələstin ərazilərində əlavə olaraq yeni tikinti layihələrinin gündəmdə olduğunu bildirib.

 

“Şərqi Qüdslə yanaşı Fələstin torpaqlarında İsrailin aktivləşməsi və yeni yaşayış məntəqələrinin tikintisi qanunsuzdur, bu Rusiyanın prinsipyal mövqeyidir. Düşünürük ki, İsrailin tutduğu bu yol israililərlə fələstinlilər arasında reqionun hüquqi statusunun müəyyənləşməsi istiqamətində aparılan danışıqlara birbaşa mane olur”, deyə Rusiya Xarici İşlər nazirliyinin saytında qeyd olunur.