Afrin əməliyyatında indiyədək Türkiyə ordusunun 31 əsgəri həlak olub

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Fevral 2018, 17:03

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

 

İnterAz-ın verdiyi məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

 

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib, 1369 terrorçu zərərsizləşdirilib..


APA