Afrində məhv edilən terrorçuların sayı 1439-a çatıb

İŞİD-in 70 terrorçusu zərərsizləşdirilib

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Fevral 2018, 11:32

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1439-a çatıb.

 

İnterAz xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Bildirilib ki, əməliyyatın 25-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 70 terrorçusu zərərsizləşdirilib.

 

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.