Rəcəb Tayyib Ərdoğan: “Türkiyə hüquqlarını Egey dənizində də qoruyacaq”

Türkiyə prezidenti qeyd edib ki, “Kipr sahillərində təbii qaz axtarılması və Egey dənizindəki qayalıqlarla da kəmfürsət fəaliyyətlər diqqətimizdən qaçmır

Bakı, Nərgiz Quliyeva, İnteraz - 13 Fevral 2018, 13:49

“Biz Afrində hüququmuzu qoruduğumuz kimi, Egeydə də qoruyacağıq”.

 

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

 

“Kipr sahillərində təbii qaz axtarılması və Egey dənizindəki qayalıqlarla da kəmfürsət fəaliyyətlər diqqətimizdən qaçmır. Ölkəmizin cənubunda vəziyyətin gərginləşdiyindən sui-istifadə edərək Kipr və Egeydə həddini aşanlara bir daha yanlış hesablar aparmamaları üçün xəbərdarlıq edirik. Cənub sərhədimizdə yanlış hesab aparanların ssenarilərini “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları və çox yaxın zamanda Münbiç və başqa bölgələrdə atacağımız addımlarla pozduğumuz kimi, onların da planlarını pozarıq”, - o vurğulayıb.