Yerevan Şəhər Şurasının iclasında qadınların iştirakı ilə dava düşüb

Paytaxtın Nubaraşen rayonunun sakinləri ərazidəki pis qoxudan şikayət edərək həbsxananın kanalizasiya sisteminin təmir olunmasını tələb ediblər

Bakı , Nərgiz Quliyeva, İnteraz - 13 Fevral 2018, 13:56

 Yerevan Şəhər Şurasının iclasında "Yerkir Tsirani" müxalifət fraksiyasının nümayəndələrinin həyata keçirdiyi aksiya səbəbindən dava baş verib. 

 

Bu barədə "Report" RİA Novostiyə istinadən xəbər verir.

 

Paytaxtın Nubaraşen rayonunun sakinləri ərazidəki pis qoxudan şikayət edərək həbsxananın kanalizasiya sisteminin təmir olunmasını tələb ediblər. Müxalifətçi deputatlar bu şikayəti dəstəkləyib və iclasa kanalizasiya suyu ilə dolu bankaları gətirərək onları şəhər meri Taron Marqaryana təqdim etmək istəyiblər.

 

Deputatlar və meriyanın əməkdaşları onların yolunu kəsib, nəticədə su döşəməyə tökülüb. Bütün bunlar  qadınların iştirak etdiyi davaya çevrilib. İclasda fasilə elan olunub.