Vladimir Putinə soyuq dəyib- Peskov

Soyuqdəymə ilə əlaqədar Putinin sağlamlığında ciddi problem yoxdur

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 17:00

Rusiya Prezidenti Vladimir Putin soyuqlayıb, amma ciddi bir problem yoxdur. 

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

 

 Peskov bildirib ki, soyuqdəymə ilə əlaqədar Putinin sağlamlığında ciddi problem yoxdur, hər şey normaldır: "O işləməyə davam edir".