NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb - NATO baş katibi

Türkiyənin qanuni təhlükəsizlik qayğıları var

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 17:19

NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb.

 

İnterAz-ın "Haberler"ə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

“Zeytun budağı” əməliyyatından danışan Stoltenberq deyib:

 

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququ var. Türkiyə liderləri ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”.