İranın Ali Rəhbəri əfv sərəncamı imzalayıb

Əfv sərəncamı 565 məhkuma şamil edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 18:10

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi humanizm prinsiplərini əsas tutaraq İran İnqilabının 39-cu ildönümü münasibətilə əfv sərəncamı imzalayıb.

 

İnterAz-ın "AZƏRTAC"a istinadən verdiyi məlumata görə, bu barədə Ali Rəhbərin administrasiyasından verilən məlumatda deyilir. Qeyd edilib ki, əfv sərəncamı 565 məhkuma şamil edilib. Sərəncama əsasən, məhkumların bir qismi azadlığa buraxılıb, digər qisminin isə azadlıqdan məhrum etmə müddəti azaldılıb.