Saakaşvili Gürcüstana və Ukraynaya qayıdacağını vəd edib

Bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 09:19

Ukraynadan Polşaya deportasiya edilən  Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həm də Gürcüstana qayıdacağını bəyan edib.

 

İnterAz-ın  xəbərinə görə, bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

 

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam”, - deyə Saakaşvili  bildirib.