Türkiyədə iki avtomobil toqquşub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Yaralılar Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Fevral 2018, 12:44

Türkiyənin Bingöl şəhərində yük avtomobilinin avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, qəza Bingöl-Elazığ avtomobil yolunda qeydə alınıb.

 

Yaralılar Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.