Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

“Suriyanı bölməyə çalışan terror təşkilatlarına dəstəyin dayandırılması lazımdır”

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 14 Fevral 2018, 15:26

Türkiyə İraqın yenidən qurulması üçün 5 milyard dollar kredit ayıracaq.

 

İnterAz xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytdə keçirilən Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib. O bildirib ki, İraqın terror təşkilatından təmizlənməsi Türkiyə üçün çox vacibdir: “2004-cü ildən bu yana İraqa humanitar yardımlar üçün 500 milyon dollar xərcləmişik. Şirkətlərimiz orada 25 milyard dollar dəyərində tikinti layihələri həyata keçirib. İndi də İraqın yenidən qurulması üçün 5 milyard dollar kredit ayıracağıq. 5 milyon dollarlıq isə humanitar yardım göstərəcəyik.”

 

M. Çavuşoğlu Türkiyə ilə işləmək istəyən dövlətləri Suriya mövzusunda həssas olmağa çağırıb: “Suriyanı bölməyə çalışan terror təşkilatlarına dəstəyin dayandırılması lazımdır”.