NATO terrorla mübarizədə Ankaraya kifayət qədər dəstək vermir -Türkiyənin Müdafiə naziri

Bunu Türkiyə Müdafiə naziri Nurettin Canikli beynəlxalq koalisiyaya üzv ölkələrin müdafiə nazirlərinin Romada keçirilən görüşündə bildirilib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 16:15

NATO, ölkənin ərazi bütövlüyünü təhdid edən terrorla mübarizədə Ankaraya kifayət qədər dəstək vermir.

 

İnterAz-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Müdafiə naziri Nurettin Canikli beynəlxalq koalisiyaya üzv ölkələrin müdafiə nazirlərinin Romada keçirilən görüşündə bildirilib.

 

"Türkiyə sərhədlərini qorumaq üçün Afrini terrorçulardan təmizləmək qərara gəlib. Bu işdə biz sonuna qədər gedəcəyik. Türkiyə 66 ildir NATO-ya yardım edir, lakin ittifaq ölkələri ərazi bütövlüyünü təhdid edən terrorçularla mübarizədə ölkəmizə kifayət qədər dəstək vermir ", - deyə o bildirib.