Mixeil Saakaşvili Hollandiyadadır

Xatırladaq ki, M.Saakaşvili Hollandiya vətəndaşı Sandra Rulofs ilə evlidir

Bakı , , İnteraz - 14 Fevral 2018, 17:10

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili Hollandiyadadır.

 

Bu barədə "Report" Danimarkanın ANP informasiya agentliyinə istinadən xəbər verir.

 

Hələlik adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi məlumata şərh verməyib.

 

Qeyd edək ki, M.Saakaşvili fevralın 12-də Kiyevin mərkəzində "Suluquni" restoranında saxlanılıb. Bundan sonra o, Varşavaya deportasiya edilib. Lakin siyasətçi Ukraynaya qayıtmaq üçün yol tapmaq niyyətində olduğunu açıqlayıb.

 

Xatırladaq ki, M.Saakaşvili Hollandiya vətəndaşı Sandra Rulofs ilə evlidir.