Livan prezidenti Ermənistanda rəsmi səfərdədir

Ermənistan prezidenti Serj Sarqsyan oktyabrda livanlı həmkarını Yerevanda keçiriləcək Frankofoniya günləri toplantısına dəvət edib.

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 22 Fevral 2018, 13:39

 Livan prezidenti Mişel Aun Ermənistanda rəsmi səfərdədir.

 

İnterAz Ermənistan KİV-inə istinadən xəbər verir ki, iki ölkə arasında indiyədək 50-dən artıq sənəd imzalanıb.

 

Ermənistan prezidenti Serj Sarqsyan oktyabrda livanlı həmkarını Yerevanda keçiriləcək Frankofoniya günləri toplantısına dəvət edib.