Amerikalı general: “Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər”

Biz bütün mövcud təhlükələrə hazırıq və bu heç kimdə şübhə doğurmamalıdır

Bakı, , İnteraz - 09 Mart 2018, 16:25

ABŞ Rusiya tərəfindən istən ilən hücuma cavab verə bilər.


İnterAz-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin ən yeni silah barədə məlumat verdiyi Federal Məclisə müraciətini şərh edərkən ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının sədri, general Con Hayten deyib.

 

“Biz bütün mövcud təhlükələrə hazırıq və bu heç kimdə şübhə doğurmamalıdır”, – Hayten qeyd edib.

 

General əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa elə bir edəcəyi hərəkət yoxdur ki, Vaşinqton ona cavab verə bilməsin.

 

“Yeri gəlmişkən, sualtı qayıqlarımızın harada yerləşməsi barədə onların məlumatı yoxdur. Bu qayıqlar isə, həmin yolla gedəsi olsaq, onların ölkəsini məhv edə bilər”, – Hayten sözlərini belə yekunlaşdırıb.