Fransa prezidenti: “Qüds Fələstinin paytaxtıdır”

Makron bu məsələdə problemlərin İsrail rejimi və Fələstin arasında aparılacaq dialoq ilə həll oluna biləcəyini bildirib

Bakı, , İnteraz - 09 Mart 2018, 17:21

Fransanın prezidenti Emmanuel Makron Qüdsün Fələstinin paytaxtı kimi rəsmi şəkildə tanınmasının vaxtının çatdığını bildirib.

 

İnterAz xəbər verir ki, Makron Fransadakı CRİFİN yəhudi təşkilatlarının ziyafətinə qatılaraq, burada çıxış edib.

 

Emmanuel Makron ABŞ-ın prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması qərarının İsrail rejimi ilə Fələstin arasındakı problemlərin həllinə töhfə vermədiyini deyib.

 

İsrail rejiminin təhlükəsizliyini təmin etmək və İsrail rejiminə qarşı təcavüz siyasəti ilə mübarizə məsələlərinin prioritet məqamlar arasında olduğunu bildirən E.Makron, İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə razılaşmadıqları məsələlərin də olduğunu söyləyib: “Səmimi bir şəkildə danışmaq lazımdırsa, ABŞ-ın prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq elan edərək, (İsrail rejimi ilə Fələstin arasında) baş verən problemlərin həllinə töhfə vermədiyini düşünürəm. Hətta regionda təhlükəsizlik vəziyyətini də yaxşılaşdırmadı. Bu baxımdan, bu həqiqətən bir səhvdir”.

 

E.Makron bu məsələdə problemlərin İsrail rejimi və Fələstin arasında aparılacaq dialoq ilə həll oluna biləcəyini bildirib: “ABŞ ilə də etməyə çalışdıqlarımız İsrail rejimi və Fələstinlə bölgədə sülhü təmin etməkdir.

Deyerler.org