Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb

Bakı, , İnteraz - 13 Mart 2018, 13:33

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb. 

 

Məlumata görə, baş nazirin özü xəsarət almayıb.

 

Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb.