ABŞ dövlət katibi Tillerson vəzifəsindən uzaqlaşdırılıb

Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Mart 2018, 17:05

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.

 

İnterAz-ın xəbərinə görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

 

D. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib. Gina Haspel isə MKİ-nin direktoru təyin edilib.